XƏBƏRLƏR / Hərbi

Zirehli tank xidməti rəisləri ilə toplantı keçirilib

Bu barədə Müdafiə Nazirliyindən bildirilib

Zirehli tank xidməti rəisləri ilə toplantı keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin “N” hərbi hissəsində zirehli tank xidməti rəisləri ilə toplantı keçirilib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, toplantı iştirakçılarına zədələnmiş texnikanın ərazidən təxliyəsinin həyata keçirilməsi, həmçinin təmir vasitələrindən düzgün istifadə qaydalarının ardıcıllığı praktiki nümayiş etdirilərək izah olunub.

    Toplantının keçirilməsində əsas məqsəd zirehli tank xidməti rəislərinin bilik və bacarıqlarının daha da artırılmasıdır.