XƏBƏRLƏR / Hərbi

Dünyanın ən güclü hərbi donanmasına sahib ölkələri

Bu siyahıda türk dövlətlərindən Türkiyə və Türkmənistan var

Dünyanın ən güclü hərbi donanmasına sahib ölkələri
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Müasir Hərbi Döyüş Gəmilərinin Ümumdünya Kataloqunda (WDMMW) dünyanın ən güclü donanmalarına məxsus ölkələrin siyahısı yayımlanıb.

    Siyahıda 35 ölkənin adı var.

    Sıralama "TrueValueRating" (TvR) düsturu əsasında tərtib olunub. Yəni, sadəcə olaraq döyüş gəmilərinin və sualtı qayıqlarının ümumi sayı deyil, onların keyfiyyəti və ümumilikdə inventar da nəzərdə alınıb. Bundan əlavə, yerli gəmiqayırma imkanlarına və güc təcrübəsinə də diqqət yetirilir.

    Dünyanın ən güclü donanmasına sahib olan 35 ölkədən ikisi Türk dövlətidir, bunlar Türkiyə və Türkmənistandır. Beləliklə, ən güclü Hərbi Dəniz Qüvvələri olan ölkələr aşağıdakılardır:

     

    1. ABŞ

    2. Çin

    3. Rusiya

    4. İndoneziya

    5. Cənubi Koreya

    6. Yaponiya

    7. Hindistan

    8. Fransa

    9. Böyük Britaniya

    10. Türkiyə

    11. İtaliya

    12. Tayvan

    13. Misir

    14. Şimali Koreya

    15. Banqladeş

    16. İspaniya

    17. Almaniya

    18. İran

    19. Avstraliya

    20. Tayland

    21. Yunanıstan

    22. Kanada

    23. Sinqapur

    24. Brazilya

    25. Portuqaliya

    26. İsveç

    27. Niderland

    28. Pakistan

    29. Flippin

    30. Argentina

    31. Cənubi Afrika Respublikası

    32. Səudiyyə Ərəbistanı

    33. Ukrayna

    34. Belçika

    35. Türkmənistan