XƏBƏRLƏR / Hərbi

Hərbi xidmət əleyhinə olan cinayətlər azalıb

Bunu Respublika Hərbi prokurorun böyük köməkçisi Firad Əliyev deyib

Hərbi xidmət əleyhinə olan cinayətlər azalıb
Firad Əliyev
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2022-ci ilin dörd ayı ilə müqayisədə, 2023-cü ilin müvafiq dövründə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlərin sayı 4.1 faiz azalıb.

    Bunu Respublika Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

    O qeyd edib ki, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 33,3 faiz, hərbi xidmətdən yayınma cinayətləri 57,8 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 61,9 faiz və qəsdən adam öldürmə cinayətləri isə 50 faiz azalıb.