XƏBƏRLƏR / Hərbi

Füzulidə atla minaya düşən çoban həlak olub

ANAMA mütəxəssisləri mərhumun meyitini çıxarıb aidiyyəti üzrə təhvil verib

Füzulidə atla minaya düşən çoban həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Füzulidə mina hadisəsinin baş verməsi nəticəsində atla minaya düşən çoban həyatını itirib.

    Hadisə rayonun işğaldan azad edilmiş Aşağı Veysəlli kəndi ərazisində qeydə alınıb.

    Belə ki, Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu mina hadisəsi nəticəsində həyatını itirib.

    Hadisə yerinə cəlb edilmiş ANAMA mütəxəssisləri mərhumun meyitini götürərək aidiyyəti üzrə təhvil verib.

    Faktla bağlı araşdırma aparılır