XƏBƏRLƏR / Hərbi

Ermənistan müdafiə naziri Fransaya silah almağa gedib

Suren Papikyanı Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornu dəvət edib

Ermənistan müdafiə naziri Fransaya silah almağa gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornunun dəvəti ilə Ermənistanın müdafiə naziri Suren Papikyan oktyabrın 22-də Fransa Respublikasına işgüzar səfərə gedib.

    Lekornu bir gün əvvəl "Parisien" qəzetinə müsahibəsində demişdi ki, Paris və İrəvan Fransa silahlarının, o cümlədən hava hücumundan müdafiə vasitələrinin alınmasına dair razılaşmaları rəsmiləşdirəcəklər.