Rusiya NATO-nu Qafqazda gərginlinlik yaratmaqda suçlayır
Bunu KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov mətbuat konfransında deyib
KTMT-nin məsuliyyət zonasında vəziyyət mürəkkəb və gərgin olaraq səciyyələnir, təşkilatın Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hərbi təhlükəsizliyə çağırış və təhdidlərin əsas mənbəyi bəzi Qərb elitalarının təşkilat ətrafında və onun ayrı-ayrı üzv dövlətləri daxilində vəziyyəti pozmaq üçün dağıdıcı fəaliyyətidir.
“Bunun fonunda ayrı-ayrı dövlətlərin Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin sərvətlərinə çıxış əldə etmək və Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialını nəzərə alaraq Mərkəzi Asiyaya birbaşa çıxış əldə etmək cəhdləri öz töhfəsini verir. Bu da KTMT-nin Qafqaz regionunda böhranın eskalasiyasına cəbəb olur”, - Sidorov qeyd edib.