XƏBƏRLƏR / Hərbi

Azərbaycan-Türkiyə təlimlərində ilk dəfə PUA sürüsü

Qrup kəşfiyyatına malik PUA-lar avtonom şəkildə hərəkət edə bilər

Azərbaycan-Türkiyə təlimlərində ilk dəfə PUA sürüsü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan-Türkiyə təlimlərində ilk dəfə pilotsuz uçuş aparatlarından istifadə edilib

    Türkiyənin STM şirkəti tərəfindən hazırlanmış pilotsuz uçuş aparatı layihəsi Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin Qarsda keçirdiyi Heydər Əliyev-2023 birgə təlimlərində istifadə olunub.

     Ssenariyə uyğun olaraq havaya qalxan 6 KARGU platforması mürəkkəb hərəkətlər edib. Təlimlər çərçivəsində Türkiyə ordusunda xidmətdə olan ilk milli KARGU kamikadze pilotsuz uçan aparatı, TOGAN kəşfiyyat PUA və BOYGA kvadrokopter tapşırıqları uğurla yerinə yetirib. ALPAGU sisteminin milli zərbəli PUA-sı da təlimlər zamanı müəyyən edilən hədəfləri məhv edib.

    STM tərəfindən hazırlanmış dron sürü layihəsi sayəsində KARGU öz aralarında ünsiyyət qura və tapşırıqları paylaşa bilir. Hədəfləri müəyyən etmək və onları prioritetləşdirmək qabiliyyətinə malik İHA-lar qrup hücumları həyata keçirə bilir. Qrup kəşfiyyatına malik PUA-lar avtonom şəkildə hərəkət edə bilər, həmçinin tapşırıqları dəstə şəklində yerinə yetirə bilir