Bölmələrimiz dislokasiya məntəqələrini tərk edir VİDEO
Bu barədə Müdafiə Nazirliyindən bildirilib
Yeni tədris dövrünün başlanması ilə əlaqədar Azərbaycan Ordusunda keçirilən yarış və məşqlər davam edir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzləri və poliqonlara hərəkət edir.
Yarışların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasıdır.