XƏBƏRLƏR / Hərbi

Bakıda müdafiə nazirlərinin görüşü keçiriləcək

Zakir Həsənov, Yaşar Gülər və Cuanşer Burculadze hərbi sahədə əməkdaşlığın inkişaf prespektivlərini müzakirə edəcəklər

Bakıda müdafiə nazirlərinin görüşü keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Toplantıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin və Gürcüstanın müdafiə naziri Cuanşer Burculadzenin iştirakı gözlənilir.

    Y.Gülər artıq Bakıdadır.

    Müdafiə nazirləri üç ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın inkişaf prespektivlərini, birgə təlimlərin keçirilməsini və digər məsələləri müzakirə edəcəklər.

    Xatırladaq ki, bu formatda sonuncu görüş bu ilin fevral ayında Türkiyənin Qars şəhərində keçirilib.