Bakıda NATO-nun DEEP proqramı çərçivəsində treninq keçirilir
"Müdafiə təhsilinin genişlənməsi proqramı" çərçivəsində mövzu “Pedaqoji təlimatçıların təkmilləşdirilməsi”dir
Milli Müdafiə Universitetində NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı (DEEP)" çərçivəsində “Pedaqoji təlimatçıların təkmilləşdirilməsi” treninqi keçirilir.
Keçirilən treninqin əsas məqsədi aparıcı təlimatçıların hazırlanması, Milli Müdafiə Universitetinin pedaqoji heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Qeyd edək ki, treninq sentyabrın 8-dək davam edəcək.