XƏBƏRLƏR / Hərbi

Ermənistan müdafiə nazirliyi itkiləri barədə xəbər verir

Eyni zamanda nazirlik sərhəddə gərginliyinin azalması haqda məlumat yayır YENİLƏNİB

Ermənistan müdafiə nazirliyi itkiləri barədə xəbər verir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın müdafiə nazirliyinin saat 21:40-da verdiyi xəbərə görə sərhəddəki gərginlik nəticəsində 1 erməni hərbçisi (2003-cü il təvəllüdlü Narek Norayri Baqdasaryan) ölüb, ikisi isə yaralanıb.

    Bundan əvvəl Ermənistan müdafiə nazirliyi son 2 gündə daha 6 hərbçisinin yaralandığı barədə məlumat yaymışdı.

    Eyni xəbərdə nazirlik sərhəddə gərginliyinin azalması barədə məlumat yayır.

    Maraqlıdır ki, Ermənistan müdafiə nazirliyi gərginliyinin azalması barədə məlumatı hər 15 dəqiqədən bir yayır. Bu da çox güman ki, əhali arasında panika və təşvişin qarşısını almaq məqsədi güdür.