“EFES - 2026” təlimində tapşırıqlar uğurla icra olunub VİDEO

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Türkiyədə keçirilən "EFES - 2026" çoxmillətli təlimində növbəti tapşırıqlar uğurla icra olunub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan, Türkiyə və Macarıstanlı hərbçilər tərəfindən paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar praktiki yerinə yetirilib.

    Müxtəlif yüksəkliklərdən paraşüt tullanışları zamanı iştirakçı ölkələrin və "EFES-2026" təliminin bayrağı daxil olmaqla ümumilikdə 53 bayraq Türkiyə səmasında dalğalandırılıb.

    Qeyd edək ki, Azərbaycanın hərbi qulluqçuları digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.