XƏBƏRLƏR / Hərbi

Rusiya Britaniyanın müdafiə nazirinin təyyarəsinə hücum edib

Bu barədə "The Telegraph" nəşri məlumat yayıb FOTO

Rusiya Britaniyanın müdafiə nazirinin təyyarəsinə hücum edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Böyük Britaniyanın müdafiə naziri Con Heylini daşıyan Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Estoniyadan uçuş zamanı Rusiyanın elektron hücumuna məruz qalıb - "The Telegraph"

    Rusiya sərhədi yaxınlığında uçarkən təyyarənin GPS naviqasiya sistemi üç saat ərzində sıradan çıxarılıb və sərnişinlərin telefon rabitəsi kəsilib.

    Ekipaj ehtiyat sistemlərə keçib və uçuşu normal rejimdə davam etdirib.

    Britaniya Müdafiə Nazirliyi hadisəni "ağılsız müdaxilə" adlandırıb.