XƏBƏRLƏR / Hərbi

Macarıstan Ukraynaya silah və hərbi texnika verməyəcək

Bu barədə ölkənin yeni Baş naziri Peter Macyar deyib

Macarıstan Ukraynaya silah və hərbi texnika verməyəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Macarıstan Ukraynaya silah və hərbi texnika tədarük etməyəcəyi ilə bağlı NATO-nu məlumatlandırıb.

    Bu barədə ölkənin yeni Baş naziri Peter Macyar Brüsseldə NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra sosial şəbəkə hesabında yazıb.

    “Baş katibə məlumat verdim ki, Macarıstan münaqişə zonasına heç bir silah və ya hərbi texnika göndərməyəcək", - deyə Baş nazir bildirib.

    O, eyni zamanda, Rutteni əmin edib ki, Macarıstan əvvəlki kimi dünyanın ən güclü hərbi və müdafiə alyansının etibarlı tərəfdaşı olacaq.