XƏBƏRLƏR / Hərbi

Zakir Həsənov Aleksandr Lentsovu qəbul edib

Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə əməliyyat şəraitini müzakirə edib

Zakir Həsənov Aleksandr Lentsovu qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib.

    Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.