Abbas Əraqçi Ceyhin Bayramovla telefonla danışıb
Bu barədə Azərbaycan XİN məlumat yayıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Telefon danışığı zamanı, regional vəziyyət və ikitərəfli əlaqələr müzakirə olunub.
Nazir Ceyhun Bayramov İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumlarından sonra verilmiş vədə uyğun olaraq, İran tərəfindən araşdırmaların tamamlanmasının vacibliyini diqqətə çatdırıb.
Ümumilikdə, aparılan müharibə zamanı mülki obyektlərin hədəf alınmamasının zəruriliyi, bölgədə hərbi eskalasiyaya qısa müddət ərzində son qoyulmasının və mövcud çətinliklərin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğumuz vurğulanıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***
İran xarici işlər nazirliyi yaydığı məlumat:
İran və Azərbaycanın xarici işlər nazirləri Abbas Əraqçi və Ceyhun Bayramov çərşənbə axşamı son regional inkişafları və ikitərəfli münasibətləri müzakirə etmək üçün telefon danışığı aparıblar.

Əraqçi, Tehranın ABŞ və İsrailin hərbi əməliyyatları ilə bağlı mövqeyini aydınlaşdıraraq, heç bir dövlətin öz ərazisini və infrastrukturunu digər ölkələrə qarşı təcavüzkar hərəkətlər üçün istifadə etmək hüququna malik olmadığını vurğulayıb.
O, həmçinin İranın üçüncü ölkələrlə münasibətlərini pozmağa yönəlmiş mümkün təxribatlar və saxta əməliyyatlar barədə xəbərdarlıq edib və qeyd edib ki, İranın müdafiə tədbirləri yalnız təcavüzkarlara və hücumlar üçün istifadə edilən hədəflərə yönəlib.
Azərbaycan tərəfi söhbət haqda hələ məlumat yaymayıb.
2 dəqiqə