Çox danışan İran səfirini vəzifəsindən kənarlaşdırdılar
Bunu Sobhani Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanla görüşdə elan edib

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan İranın səfiri Mehdi Sobhanini qəbul edib.
Görüş zamanı səfir Mehdi Sobhani sentyabrda Ermənistandakı missiyasını başa vuracağını açıqlayıb.
"Mən erməni xalqının dostu olmuşam və qalıram və Ermənistanı xoş xatirələrlə tərk edəcəyəm", - səfir bildirib.
Xatırladaq ki, keçmiş SEPAH zabiti olan Mehdi Sobhani Ermənistandan əvvəl Suriyada İran səfiri vəzifəsində çalışıb. Səlahiyyətlərini aşaraq bu ünsür Azərbaycan və Zəngəzur dəhlizi haqqında daim xoşagəlməz bəyanatlar verməyi ilə yadda qaldı. Azərbaycan Xarici İşlər Nazirliyi onun səfeh bəyanatlarına kəskin reaksiya verirdi.