BMT-dəki daimi nümayəndəmiz geri çağırıldı
Azərbaycan Prezidenti müvafiq sərəncam imzalayıb
Yaşar Teymur oğlu Əliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Y.Əliyev Azərbaycanın Çexiya Respublikasında səfiri vəzifəsinə təyin edilib.
Tofiq Fuad oğlu Musayev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi təyin edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Tofiq Musayev Bakı şəhərinin keçmiş meri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ilk prezidenti mərhum Fuad Musayevin oğludur.
Tofiq Fuad oğlu Musayev bakalavr təhsilni hüquqşünaslıq ixtisası üzrə alıb.
2003 - 2004-cü illərdə Böyük Britaniyanın tanınmış Esseks Universitetində magistr təhsilinə yiyələnib. O, 2004 - 2008-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ilin sentyabrından isə Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyinə təyinat alan Tofiq Musayev daimi nümayəndənin müavini vəzifəsini tutub.
Yeri gəlmişkən, Tofiq Musayevin həyat yoldaşı bir vaxtlar Azərbaycanın məşhur şahmatçısı olmuş beynəlxalq qrossmeyster Firuzə Vəlixanlıdır. Onların üç övladı var: 2 oğlan və 1 qız: Ənvər, Fuad və Kamilla.