XƏBƏRLƏR / Hava

ABŞ-da tornado nəticəsində ölənlər və yaralılar var

Bu barədə ABC telekanalı məlumat yayıb

ABŞ-da tornado nəticəsində ölənlər və yaralılar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın Texas ştatının Perriton şəhərində baş verən tornado nəticəsində 3 nəfər ölüb, 100-ə yaxın şəxs yaralanıb.

    Bu barədə yerli hakimiyyət orqanlarına istinadla ABC telekanalı məlumat yayıb.

    Bildirilib ki, Perritonda treyler evləri və telekommunikasiya qüllələri də dağıdılıb. Bundan əlavə, elektrik enerjisində fasilələr var. Bununla bağlı yerli xəstəxananın nümayəndəsi telekanala bildirib ki, müəssisə elektrik generatorlarının köməyi ilə işləməyə məcbur olub.