XƏBƏRLƏR / Hava

Oktyabr ayı üçün hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatı

Oktyabr ayı üçün hava proqnozu açıqlanıb
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Bu ilin oktyabr ayına olan hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, oktyabr ayında keçid dövrünə xas olan hava şəraiti müşahidə edilir. Tutqun günlərin sayı çoxalır, düşən yağıntıların miqdarı və havanın temperaturu ötən aylardan fərqlənir.

    Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, fasilələrlə leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq.

    Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 11-16 dərəcə, gündüzlər 20-25 dərəcə, bəzi günlərdə 28 dərəcə isti olacağı proqnozlaşdırılıb. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var.

    Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 8-13 dərəcə, gündüzlər 19-24 dərəcə, bəzi günlərdə 29 dərəcə isti olacağı güman edilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq.

    Xankəndi şəhəri, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 10-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə, gündüzlər 8-13 dərəcə, bəzi günlərdə 20 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir.

    Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə, gündüzlər 8-13 dərəcə, bəzi günlərdə 17-20 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı güman edilir.

    Gəncə şəhərində, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13 dərəcə, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 27 dərəcəyədək isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılıb.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11 dərəcə isti, dağlarda 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 22-25 dərəcəyədək isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı güman edilir.

    Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 10-15 dərəcə, gündüzlər 19-24 dərəcə, bəzi günlərdə 28 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 14-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 9-14 dərəcə, dağlarda 4-9, gündüzlər 19-24 dərəcə, bəzi günlərdə 27 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılıb.