ABŞ-də atışma zamanı 22 nəfər ölüb, çoxlu sayda yaralı var
AR-15 yarımavtomat tüfənglə silahlanmış şəxs şəhərin üç hissəsində insanları atəşə tutub
ABŞ-ın Men ştatının Lyuiston şəhərində qeydə alınan atışma nəticəsində ölənlərin sayı artıb.
Bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Məlumata görə, AR-15 yarımavtomat tüfənglə silahlanmış şəxs şəhərin üç hissəsində insanları atəşə tutub.
Nəticədə 22 nəfər ölüb, 60 şəxs isə yaralanıb. Hazırda şəhər xəstəxanasında insan axını müşahidə edilir. Polis şübhəli şəxsin axtarışlarını davam etdirir.