XƏBƏRLƏR / Kriminal

İrandan gələn narkotik axını qurtarmaq bilmir

Bu dəfə 37 kiloqramdan çox narkotik vasitə qanunuz dövriyyədən çıxarılıb

İrandan gələn narkotik axını qurtarmaq bilmir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

    Aprel ayının 9-da isə "Göytəpə" sərhəd dəstəsinin və Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan və 77-EX-379 dövlət qeydiyyat nişanlı "Prius" markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Sumqayıt şəhər sakinləri Coşqun Əsgərxanov və Murad Şahbazlı saxlanılıblar.

    Avtomobilə baxış zamanı ümumi çəkisi 22 kiloqram 570 qram narkotik vasitə aşkar olunub. Beləliklə, iki əməliyyatda 37 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.  

    Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.