XƏBƏRLƏR / Siyasət

ABŞ Dövlət Departamenti Qarabağdan açıqlama verdi

"ABŞ Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqdir"

ABŞ Dövlət Departamenti Qarabağdan açıqlama verdi
Ned Prays
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Birləşmiş Ştatlar öz tərəfdaşları ilə birlikdə Azərbaycan və Ermənistan arasında birbaşa dialoq və Qarabağ münaqişəsi ilə bağlı məsələlərin həlli istiqamətində səylərini davam etdirir. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı deyib. Onun sözlərinə görə, ABŞ Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqdir.

    “Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün mövcud problemlərin həlli yollarını tapmaq üçün Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun təşviqi istiqamətində Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla, eləcə də ATƏT kimi beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlığı davam etdiririk”, - Prays bildirib.
      ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycandan olan həmkarları arasında Vaşinqton və Nyu-Yorkda təşkil etdiyi görüşləri xatırladıb. “Biz, əlbəttə ki, tərəflərin özlərinin irəliləyiş əldə etmələrini istəyirik. Bu münaqişənin hərtərəfli həllinin nə olacağı bizim qərarımız deyil. Bu, tərəflərin özlərinin etməli olduğu ağır işdir”, - Dövlət Departamentinin sözçüsü bildirib. Ned Prays yekun həllə nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəklərini bir daha vurğulayıb: “Biz tərəfdaşlarımız vasitəsilə ikitərəfli və üçtərəfli səviyyələrdə münaqişə tərəflərilə yaxından işləməyə davam edəcəyik”.