ABŞ-ın F-16 qırıcısı Sarı dəniz üzərində təlim uçuşu zamanı qəzaya uğrayıb.
Pilot katapulta vasitəsilə xilas olub.
Belə ki, pilot daha sonra huşunu itirmiş vəziyyətdə sahil mühafizəsi tərəfindən xilas edilib.
Təyyarə Koreya Respublikası və ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Çolla-Pukto əyalətindəki Qunsan Hərbi Hava Qüvvələri bazası yaxınlığında təlimlərdə iştirak edib.