XƏBƏRLƏR / Hərbi

ABŞ-ın müdafiə naziri İsrailə gəlib

L.Ostin bu barədə "X" sosial şəbəkəsində bildirib

ABŞ-ın müdafiə naziri İsrailə gəlib
Lloyd Ostin
  • Oxuma müddəti:

    2 dəqiqə

  • ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsrailin paytaxtı Tel-Əvivə gəldiyini açıqlayıb.

    L.Ostin "X" sosial şəbəkəsində İsrail rəhbərliyi ilə görüşmək niyyətində olduğunu bəyan edib

    “Tel-Əvivdə müdafiə naziri Yoav Qalant Baş nazir Benyamin Netanyahu ilə görüşərək Amerikanın İsrailə qarşı sarsılmaz öhdəliyini təsdiqləyəcək, İsrail ordusunun HƏMAS-ı məhv etmək üçün apardığı əməliyyatları müzakirə edəcək və mülki əhalinin zərərdən qorunmasının vacibliyini vurğulayacağam. Eyni zamanda Qəzzaya humanitar yardım göstərilməsini müzakirə edəcəyəm”, - Ostin yazıb.

    CNN daha əvvəl bildirmişdi ki, Ostin İsrailə gözlənilən səfəri zamanı növbəti mərhələyə keçmək üçün İsrail komandanlığının Qəzza zolağında əməliyyat zamanı qarşısına qoyduğu konkret hədəflər barədə ölkənin hakimiyyət orqanlarından məlumat almaq niyyətindədir.

    Bundan əvvəl Fələstin Prezidenti Mahmud Abbas Ramallahda ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivanla görüşündə İsrailin Qəzza zolağında davam edən əməliyyatının dayandırılmasının vacibliyini bəyan edib. Fələstin lideri ABŞ administrasiyasını müdaxilə etməyə və İsraili hərbi əməliyyatları dayandırmağa məcbur etməyə çağırıb.

    Sullivan bundan əvvəl İsrail hökuməti ilə danışıqlar aparıb, Netanyahu və Qalantla görüşüb. Görüşlərdən sonra o, ölkə rəhbərliyi ilə Fələstinin HƏMAS hərəkatına qarşı Qəzza zolağında davam edən əməliyyatın yüksək intensivlik mərhələsindən keçidi müzakirə etdiyini bildirib. ABŞ Prezidentinin müşaviri də Fələstinin HƏMAS hərəkatı üzərində qələbənin bir neçə aydan çox vaxt aparacağını bildirən Qalantın sözləri ilə razılaşıb.