ABŞ-ın Türkiyəyə “F-16” tədarükü 2028-ci ilə qədər uzanacaq?
Bu barədə "Hürriyyət" qəzeti yazır
Türkiyənin ABŞ-dən istədiyi yeni “F-16” qırıcılarının tədarükü çoxsaylı sifarişlər səbəbindən 2028-ci ilə qədər uzana bilər.
Bu barədə "Hürriyyət" qəzeti məlumat yayıb.
Qeyd edilib ki, ötən gün ABŞ Konqresi Türkiyəyə 40 yeni “F-16” qırıcısının satışı və mövcud “F-16” qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib: “Artıq istehsalçı ilə müvafiq qurumlar arasında danışıqlara başlanılacaq”.
Bildirilib ki, çoxsaylı sifarişlər səbəbindən yeni qırıcıların çatdırılması gecikə bilər.