Husilər Qırmızı dənizdə türk yük gəmisinə hücum edib
Məlumatı “Yəmən Hərbi Dəniz Qüvvələri" yayıb
Husilər Qırmızı dənizdə türk yük gəmisinə hücum edib
“Yəmən Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə olarkən Anadolu S-ə bir neçə ballistik və gəmi əleyhinə raketlə hücum edərək əməliyyat keçirib”, - deyə hərəkatın nümayəndəsi Yəhya Səriyyə bildirib.
Onun sözlərinə görə, husilər gəminin gövdəsinə birbaşa zərbə endiriblər. O, həmçinin əlavə edib ki, yük daşıyıcısı vurulub, çünki ona sahib olan şirkət “işğal olunmuş Fələstinin limanlarına keçid qadağasını pozub”.
Gəmi izləmə məlumatlarına görə, yük daşıyıcısı Panama bayrağı altında uzür və İstanbulda yerləşən "Oras Shipping" şirkətinə məxsusdur. İlk hücum noyabrın 17-də baş verib, raket gəminin arxa hissəsinin təxminən 500 metr arxasına düşüb. Noyabrın 18-də başlanan ikinci hücum zamanı raket yük gəmisindən bir mil aralıda düşüb.
Gəmi heç bir gözəçarpan zədə görməyib və ərzaq məhsullarını çatdırmaq üçün Pakistanın Kəraçi limanına üzməyə davam edib.