XƏBƏRLƏR / Hərbi

Qazaxıstan Hərbi Dəniz Qüvvələri Xəzərdə təlimlərə başlayıb

Bu barədə Qazaxıstanın üdafiə nazirliyi məlumat yayıb FOTO

Qazaxıstan Hərbi Dəniz Qüvvələri Xəzərdə təlimlərə başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində təlimlərə başlayıb - Qazaxıstan Müdafıə nazirliyi.

    Xəzər dənizinin Qazaxıstan sektorunda planlaşdırılmış hərbi dəniz təlimləri başlayıb. Hərbi qulluqçular sektorun bütün akvatoriyasında naviqasiya edəcək, gəmilərlə qarşılıqlı əlaqə, naviqasiya, rabitə və silahdan istifadəni məşq edəcək, həmçinin praktiki atışlar aparacaqlar.

    Təlimlər üç mərhələdə keçiriləcək, tapşırıqlar tədricən mürəkkəbləşəcək və əlavə bölmələr cəlb olunacaq.

    Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev keçən həftə Hərbi Dəniz Qüvvələrinin hazırlığını yoxlamışdı.