XƏBƏRLƏR / Hərbi

ERMƏNİLƏR DAHA İKİ HƏRBÇİMİZİ YARALADI

Ermənistan silahlı qüvvələri zərbə PUA-sı tətbiq edib

ERMƏNİLƏR DAHA İKİ HƏRBÇİMİZİ YARALADI
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

    Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.

    Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

    Ermənilərin Azərbaycan hərbçilərini yaralaması ilə bağlı cinayət işi başlanılıb.

    Bu barədə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.