Müdafiə Nazirliyi partlayış səsləri ilə bağlı müraciət etdi
Seyfəli poliqonundan partlayış səsləri gəlir
Müdafiə Nazirliyi Seyfəli poliqonu ətrafında yayılan partlayış səsləri ilə bağlı məlumat yayıb, əhaliyə müraciət edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir: "Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".