Ermənistanın Fransadan aldığı ölümsaçan silahlara malikdir
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib

Ermənistanın Fransadan aldığı ölümcül silahlar var -
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikət Hacıyev ADA universitetində NATO nümayəndələri ilə keçirilən tədbirdəki çıxışında danışıb.
“Ermənistan tərəfinin hərbiləşdirilməsinin arxasında duran əsas qüvvələrdən biri də Fransadır. Ermənistan işğalçı və təcavüzkardır. Ona görə də onun hərbiləşdirilməsi məsuliyyət məsələsidir”, - deyə Azərbaycan Respublikası Prezidentinin köməkçisi bildirib.
Hikmət Hacıyev bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında üçüncü ölkəyə ehtiyac yoxdur.
“Əksinə, üçüncü ölkənin olması münasibətlərin normallaşmasına xələl gətirir”, - deyə Prezidentinin köməkçisi əlavə edib.
Hacıyev vurğulayıb ki, Aİ-nin Ermənistan-Azərbaycan sərhədində missiyasının fəaliyyəti başa çatdırılmalıdır.