XƏBƏRLƏR / Hərbi

Bakı Vaşinqtonla Azərbaycanda mina problemi haqda danışdı

ANAMA rəhbəri Vüqar Sülüymanov ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşüb

Bakı Vaşinqtonla Azərbaycanda mina problemi haqda danışdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı və Vaşinqton Azərbaycanda minaların təmizlənməsi məsələsini müzakirə ediblər.

    Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) rəhbəri Vüqar Süleymanov ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşüb.

    Görüşdə qonağa Azərbaycandakı mina problemi və humanitar mina təmizləmə işlərinin gedişi barədə ətraflı məlumat verilib.

    Tərəflər humanitar minaların təmizlənməsi sahəsində gələcək əməkdaşlıq perspektivləri və bu prosesdə ABŞ-ın dəstəyi imkanları barədə fikir mübadiləsi aparıblar.