XƏBƏRLƏR / Hərbi

KXDR Yapon dənizinə ballistik raketlər buraxıb YENİLƏNİB

Bu barədə "Yonhap" agentliyi məlumat yayıb

KXDR Yapon dənizinə ballistik raketlər buraxıb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şimali Koreya şənbə günü Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raket buraxıb.

    Bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən "Yonhap" agentliyi məlumat yayıb.

    Məlumata görə, raketlər Vonsan ərazisindən saat 05:20 (Bakı vaxtı ilə 00:20) radələrində buraxılıb və təxminən 250 kilometr uçduqdan sonra dənizə düşüb. Cənubi Koreya hərbçiləri amerikalı həmkarları ilə birlikdə buraxılan raketlərin dəqiq xüsusiyyətlərini təhlil edirlər.

    Buraxılışlar Cənubi Koreya, ABŞ və Yaponiyanın birgə hərbi təlimlərinin başa çatmasından bir gün sonra baş verib. Mənbələrin məlumatına görə, Koreya Xalq Demokratik Respublikası (KXDR), ehtimal ki, "Hvason-11" seriyalı ballistik raketlərin və 600 mm kalibrli yaylım atəşli reaktiv sistem mərmilərinin bir neçə ardıcıl buraxılışını həyata keçirib.

    ***

    Koreya Xalq Demokratik Respublikası (KXDR) şənbə günü Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb.

    Bu barədə "Yonhap" informasiya agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

    Mərminin növü hələlik müəyyən edilməyib.

    Daha sonra ABŞ Silahlı Qüvvələrinin Sakit Okean Komandanlığı Şimali Koreyanın son raket buraxılışı barədə məlumat verib. Bildirilib ki, buraxılış Birləşmiş Ştatlar və onun müttəfiqləri üçün birbaşa təhlükə yaratmır.

    "Biz son raket buraxılışından xəbərdarıq, müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx məsləhətləşmələr aparırıq. ABŞ öz ərazisinin müdafiəsini təmin etməyə və regiondakı müttəfiqlərini qorumağa əvvəlkitək sadiqdir", - hərbçilərin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.