Böyük Britaniya müdafiə naziri postuna namizədin adı
Bu barədə “The Daily Telegraph” məlumat yayıb
Böyük Britaniyanın daxili işlər nazirinin müavini Tom Tugendhat müdafiə naziri olmağa hazırlaşır.
Bu barədə “The Daily Telegraph” məlumat yayıb.
Qeyd olunub ki, hakim Mühafizəkarlar Partiyasının bir neçə üzvü Tugendhatı hazırkı müdafiə naziri Ben Uollesin təbii varisi kimi görürlər.
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles daha əvvəl vəzifəsini payızda tərk edəcəyini bildirmişdi. O, Nazirlər Kabinetinin yenilənməsindən sonra siyasətdən tamamilə gedəcəyini dəqiqləşdirib.