Erməni hərbçi sərhəddə minaya düşdü, ayağı amputasiya oldu
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi xəbər verir
Sərhəddəki Kirants (Güney) qəsəbəsində minalardan təmizləmə zamanı erməni istehkamçısı özlərinin basdırdığı minaya düşüb.
“Sputnik-Armenia”nın xəbərinə görə, hadisə səhər saatlarında baş verib.
Məlumatda bildirilib ki, nəticədə istehkamçının ayağı amputasiya edilib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyanın sözlərinə görə, onun həyatı üçün təhlükə yoxdur.