Hikmət Mirzəyev Türkiyə Müştərək XTQ hissəsində olub VİDEO
Quru Qoşunları komandanı Türkiyənin Xüsusi Tapşırıq Qüvvələrinin fəaliyyəti ilə tanış olub FOTO

Hikmət Mirzəyev Türkiyədə Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı və sərhəd postuna baxış keçirib. VİDEO
Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev və onun rəhbərlik etdiyi heyət Kilis Çıldırobadakı 6-cı Korpus və Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı, eləcə də Şəhid Mehmet Sərhəd Postuna baxış keçirib.
Ziyarət zamanı Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu Türkiyə ilə Azərbaycan Quru Qoşunları Komandanlıqları arasında hərbi əməkdaşlığın və koordinasiyanın artırılması çərçivəsində inkişaf etdirilən silah və sistemlər haqqında məlumat verərək əməliyyat sahələrində əldə olunan təcrübələri bölüşüb.