Ermənistan itkin düşmüş 2-ci Azərbaycan əsgərini həbs edib
Ermənilər əsgərimizi vəhşıcəsinə döyüblər YENİLƏNİB FOTO
Azərbaycan hərbçisinə Ermənistanda işgəncə verilməsi ilə bağlı cinayət işi başlanıb.
***
Aprelin 13-də Ermənistan ərazisində ikinci Azərbaycan əsgəri tapılaraq həbs edilib.
Ermənistan mətbuatı əsgərimizin Qafan rayonunun Açanan kəndində tutulduğunu bildirir. Foto və videolardan görünür ki, əsgərimiz işgəncəyə məruz qalıb.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı xəbər verilmişdi.