XƏBƏRLƏR / Hərbi

Azərbaycanda NATO-nu Slovakiya və İsveç təmsil edəcək

Bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb

Azərbaycanda NATO-nu Slovakiya və İsveç təmsil edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsveçin Azərbaycandakı səfirliyi NATO ilə əməkdaşlıq haqda paylaşım edib.

    Paylaşıda deyilir: Slovakiya və İsveç səfirlikləri NATO-nun Azərbaycanda əlaqələndiricisi kimi fəaliyyət göstərəcək.

    Slovakiya Səfirliyi və İsveç Səfirliyi 1 yanvardan 2025-2026-cı illərdə Azərbaycanda əlaqələndirici səfirlik kimi fəaliyyət göstərəcəklərini məmnuniyyətlə bildirir.

    “Səfir Layçak və səfir Lorenzon azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq edərək, NATO-nun Azərbaycanda həyata keçirdiyi təbliğat səylərini və digər tərəfdaşlıq fəaliyyətlərini dəstəkləməyi səbirsizliklə gözləyirlər”, - paylaşmada deyilir.