XƏBƏRLƏR / Hərbi

İrəvan sərhədimizdə əlavə qüvvə və hərbi texnika toplayır

Əlavə artilleriya qurguları və şəxsi heyət cəmləşir

İrəvan sərhədimizdə əlavə qüvvə və hərbi texnika toplayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Caliber.az TK-ın verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Respublikasının Gorunzur/Laçın rayonu istiqamətində əlavə qüvvə və hərbi texnika toplayır.

    Texniki müşahidə vasitəsi ilə lentə alınan videoda Ermənistan ordusuna məxsus qoşquda artilleriya qurğuları olan 4 “KamAZ” döyüş maşınının və döyüş sursatı olan 2 “KamAZ”ın komanda heyətinin olduğu kolon formasında hərəkəaydın şəkildə əks olunub.

    Maraqlıdır ki, 2022-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə təxribat törətməsinə qədər Ermənistan tərəfdən də analoji hərəkətlər müşahidə olunub.