XƏBƏRLƏR / Hərbi

Ermənilər Gədəbəy rayonunu atəşə tutdu

Müdafiə Nazirliyi xəbər verir

Ermənilər Gədəbəy rayonunu atəşə tutdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 14-ü saat 13:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Dərə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Daryurd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. 

    Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.