XƏBƏRLƏR / Hərbi

Kərəm Mustafayev İran BQ rəisinin müavini ilə görüşüb

Naxçıvan ƏÜO komandanı İran BQ rəisinin müavini Nəsirzadə ilə hərbi və müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Kərəm Mustafayev İran BQ rəisinin müavini ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargah (BQ) rəisinin müavini Nəsirzadə ilə Azərbaycanın müdafiə nazirinin müavini, eyni zamanda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun (ƏÜO) komandanı olan Kərəm Mustafayev arasında görüş keçirilib.

    Tərəflər hərbi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib, müxtəlif səviyyələrdə daimi məsləhətləşmələrin aparılmasının zəruriliyi də vurğulanıb.