Hərbçilərimiz Türkiyədə keçiriləcək təlimdə iştirak edəcək
“Anadolu Qartalı” beynəlxalq hərbi təlim haqda Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Aktürk danışıb

Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk: Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək “Anadolu Qartalı” beynəlxalq hərbi təlimlərində iştirak edəcəklər.
Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı və İordaniyanın quru, dəniz və hava qüvvələrinin şəxsi heyəti iştirak edəcək. Təlim iyunun 23-dən iyulun 4-dək davam edəcək.