ABŞ rəsmisi İrəvandan sonra Bakıya gələcəkmi?
ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono İrəvanda Ermənistan TŞ katibi Armen Qriqoryanla görüşüb
İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsini müzakirə edib,- Şuranın mətbuat xidməti xəbər verir.
Həmsöhbətlər xüsusilə İrəvan və Bakı arasında son danışıqları və onlar çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. Qriqoryan Ermənistanın regionda uzunmüddətli və hərtərəfli sülhün bərqərar olmasına sadiqliyini bir daha təsdiqləyib.
Qeyd edək ki, ABŞ-Azərbaycan münasibətlərində soyuqluq yaranandan sonra, Bononun İrəvan səfərindən sonra Bakıya gəlməsi sual altındadır.