Ermənistan XİN başçısı Fransaya səfər edəcək
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 9-10 iyun tarixlərində Fransanın Nitsa şəhərinə işgüzar səfər edəcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ararat Mirzoyan Fransanın xarici işlər nazirinin dəvəti ilə BMT-nin Okean üzrə 3-cü Konfransında iştirak edəcək.