Nyu-Yorkda TDT xarici işlər nazirləri qeyri-rəsmi görüşüb
Görüşü Təşkilata sədrlik edən Azərbaycan təşkil edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib.
Nyu-Yorkda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib. TDT-yə sədrlik edən Azərbaycan iclası BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində təşkil edib.

Tədbirdə ölkəni xarici işlər naziri Ceyhun Bayramov təmsil edib. İştirakçılar təşkilatın 29-30 oktyabr tarixlərində Türkiyədə keçiriləcək 13-cü zirvə görüşünə hazırlıqları, eləcə də türk dünyası ilə bağlı qlobal və regional prosesləri müzakirə ediblər.
1 dəqiqədən az