Moldova Rusiya səfirliyinin 3 əməkdaşını ölkədən xaric edib
Bununla bağlı Rusiya səfiri Oleq Ozerov Moldovanın Xarici İşlər Nazirliyinə çağırılıb

Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin üç əməkdaşını persona non grata elan edib.
Kişinyov Dnestryanı sülhməramlı əməliyyatın rusiyalı həmsədrini ölkədən qovub.
Bundan əvvəl Rusiya səfiri Oleq Ozerov nazirliyə çağırılıb.