Almaniya və Fransa XİN başçıları Suriya lideri ilə görüşüb
“Deutsche Welle” xəbər verir
Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra ilk dəfə Almaniya və Fransanın xarici işlər nazirləri gözlənilmədən Dəməşqə səfər edib.
“Deutsche Welle”nin yaydığı xəbərə görə, Annalena Berbokla Jan Noel Barro Dəməşqdəki Xalq Sarayında Suriya lideri Əhməd Əl-Şara ilə bir araya gəliblər.