Ceyhun Bayramov Amerika tərəfinə minnətdarlığını bildirib
Azərbaycanın xarici işlər naziri NATO-nun Vaşinqton sammitində iştirak edirdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Vaşinqton sammitində iştirak zamanı göstərilən qonaqpərvərliyə görə Amerika tərəfinə minnətdarlığını bildirib.
Bu barədə diplomat “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Dövlət katibi Antoni Blinkenin NATO sammiti çərçivəsində xarici işlər nazirləri üçün təşkil etdiyi naharda iştirak etməkdən şadam”, - deyə Bayramov yazıb.