XƏBƏRLƏR / Diplomatiya

İstanbulda Rusiya və ABŞ nümayəndələrinin görüşü bitdi

Görüş ABŞ-ın Türkiyədəki Baş konsulunun iqamətgahında keçirilib YENİLƏNİB

İstanbulda Rusiya və ABŞ nümayəndələrinin görüşü bitdi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 17:30

    İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüş başa çatıb.

    Rusiya nümayəndə heyəti ABŞ nümayəndələri ilə danışıqların aparıldığı İstanbuldakı Amerika baş konsulunun iqamətgahını tərk edib. Mətbuata açıqlama verilməyib.

    Görüş 6 saatdan çox davam edib.

    ABŞ-ın İstanbuldaki Baş konsulunun igamətgahında keçirilən görüş zamanı iki ölkənin diplomatik missiyalarının tam şəkildə fəaliyyətinin bərpası müzakirə edilib.

    ***

    12:45

    İstanbulda Rusiya-ABŞ göüşündə nümayəndə heyətlərinin rəhbərləri məlum olub.

    Görüşdə Rusiya nümayəndə heyətinə Rusiyanın ABŞ-dakı gələcək səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Avrasiya üzrə köməkçisinin müavini, üç il Rusiyada işləmiş Sonata Kulter rəhbərlik edir.

    Danışıqların beş-altı saat davam edəcəyi gözlənilir.

    ***

    11:00

    Rusiya nümayəndə heyəti İstanbulda ABŞ-la danışıqların aparılacağı Birləşmiş Ştatların İstanbuldakı Baş konsulluğuna gəlib.

    ***

    İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüş başlayıb.

    Görüşdə iki ölkənin diplomatik missiyalarının tam şəkildə fəaliyyətinin bərpası və digər məsələlər müzakirə edilir.

    Görüş ABŞ-ın Türkiyədəki Baş konsulunun iqamətgahında keçirilir.

    Qeyd edək ki, ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Federasiyası və ABŞ fevralın 27-də İstanbulda iki ölkənin səfirliklərinin işini müzakirə etmək üçün görüş keçirəcək. Onun sözlərinə görə, danışıqlarda hər iki ölkənin diplomatik nümayəndəliklərinin işi ilə bağlı məsələlər müzakirə olunacaq. Lavrov qeyd edib ki, İstanbul danışıqlarının nəticələrinə əsasən, bu istiqamətdə nə qədər sürətli və effektiv irəliləyişin mümkün olacağı bəlli olacaq.