Rusiya XİN Ermənistan və Azərbaycana təşəkkür edib
Bu barədə TASS-a müsahibəsində Rusiya XİN-nin rəsmisi danışıb
Rusiyanın vətəndaşlarının İrandan təxliyəsində Ermənistan və Azərbaycan əhəmiyyətli yardım göstərib.
Bunu TASS-a müsahibəsində Rusiyanın Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov bildirib.

Diplomat qeyd edib ki, Bakı Rusiya vətəndaşlarına 2020-ci ildən fərdi keçid üçün bağlı olan “Astara” sərhəd-keçid məntəqəsindən istifadə imkanı yaradıb.
Bu imkan Tehrandakı Rusiya səfirliyinin əvvəlcədən təqdim etdiyi müraciət əsasında təmin olunub.
1 dəqiqədən az